Azərbaycan Premyer Liqasının XXV turunda daha bir qarşılaşma keçirilib

Azərbaycan Premyer Liqasının XXV turunda daha bir qarşılaşma keçirilib. “Keşlə” klubu doğma azarkeşlər önündə “Neftçi” ilə üz-üzə gəlib.

Qarşılaşma “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı da meydan sahibləri açıb. Vaqif Cavadov 21-ci dəqiqidə fərqlənməklə komandasını hesabda önə keçirib. 42-cü dəqiqədə isə qonaqlar tarazlığı bərpa edib. Namiq Ələsgərov bərabərlik qolunu vurub. 68-ci dəqiqədə isə Adrian Skarlatake komandasına qələbə qazandıran qola imza atıb.

Qeyd edək ki, bu gün daha bir görüş baş tutacaq. “Qəbələ” evdə “Kəpəz”lə qarşılaşaq. Turun ilk matçında "Qarabağ” səfərdə "Zirə”ni 2:1 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək "Sumqayıt” – Səbail” görüşü ilə yekun vurulacaq.

16:00. "Keşlə” – "Neftçi” - 2:1 (İKİNCİ HİSSƏ)

Qol: Vaqif Cavadov, 21. Adrian Skarlatake, 68 - Namiq Ələsgərov, 42

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Füzuli Nəcəfov

"İnter Arena”

Report

DİGƏR XƏBƏRLƏR

Top