Lukaşenko Yerevandakı hadisələrdən narahatdır


Belarus çiçəklənən bir diyara çevrilə bilər, ancaq bunun üçün qoyulan tapşırıqların icrasında intizamlı olmaq və gileylənməmək lazımdır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Qolemsk vilayətinin sənaye sektoru təmsilçiləri ilə keçirdiyi toplantıda bildirib.

Aleksandr Lukaşenko Ermənistan və Ukraynadakı hadisələrin Belarusda baş verməməsi üçün ölkədə əmək intizamının artırılmasını tələb edib.

“İntizam olmayacaq, “obyektiv səbəblər” axtarmaya başlayacaqsız, işiniz alınmayacaq. Bəsdir “əlimizdən gəlmir” deyə boşuna gəzib, gileyləndiniz. Ermənistan və Ukraynadakı kimi devrilənə kimi və ya parça-parça olana kimi sızıldayası deyilik ki”, - deyə Lukaşenko bildirib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top