Karlsen “Shamkir Chess 2018” turnirinin qalibi oldu


Bu gün Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin sonuncu (doqquzuncu) turu keçirilib. Turnirin qalibi artıq məlumdur.

Dünya çempionu Maqnus Karlsen bu gün çinli qrossmeyster Dinq Lijenlə keçirdiyi partiyada bərabərliyə qalaraq, birinci yeri təmin edib.

Son turda iki azərbaycanlı qrossmeyster üz-üzə gələcək. Yığmamızın lideri Şəhriyar Məmmədyarov turnirin autsayderlərindən sayılan Rauf Məmmədovla qarşılaşacaq. Rauf ağ, Şəhriyar qara fiqurlarla oynayacaq.

Teymur Rəcəbov da qara fiqurlarla mübarizə aparacaq. Şahmatçımız sonuncu pillənin sahibi David Navara ilə görüşəcək.

Turnir cədvəli: Karlsen – 5,5 xal; Liren – 5; Topalov, Giri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3,5; Navara – 2.

Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top