Tramp İnlə yaxın həftələrdə görüşəcək

ABŞ prezidenti Donald Tramp bir neçə həftəyə KXDR lideri Kim Çen İnlə görüş keçirməyi planlaşdırdığını bəyan edib.

Bu barədə “Reuters” məlumat yayıb.

“Deyəsən, Koreya yarımadasının denuklearizasiyası həqiqətən baş tutacaq”, - deyə Tramp Olimpiya oyunlarında iştirak etmiş amerikalı idmançılarla görüşündə bildirib.

Ağ Ev rəhbəri eyni zamanda, Şimali və Cənubi Koreyanın gələcəkdə birgə firəvan və sülh şəraitində yaşayacağına ümid etdiyini ifadə edib. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top