Velosipedə 3-cü təkər qoşub - 150 kiloqram yük daşıyır

35 kiloqram çəkisi var, 150 kq-dan artıq yük götürür. Mingəçevirdə yaşayan Ağdam köçkünü 5 gün vaxt, 50 manat xərc çəkərək “mini yük” maşını ərsəyə gətirib. Elşən Burculu özünə məxsus velosipedi daha səmərəli istifadə etmək üçün ona müəyyən dəyişikliklər edib. O, minik vasitəsinə yüngül dəmir materiallardan hazırlanan yük yeri və 3-cü təkəri əlavə edib. Gənc usta “mini yük” maşının rahat dönməsi, yüklə dolu olan zaman təhlükəsiz hərəkəti üçün ölçülərin düzgün qoyulmasını vacib hesab edir.

Ağdamdan məcburi köçkün olan gənc usta Elşən Burculu hazırladığı minik vasitəsi ilə mal-qara üçün ot, müəyyən yüklərin daşınmasını həyata keçirir.

Elşən Burclu yaşadığı ərazidə velosipedə marağın böyük olduğunu deyir.

Hətta gənc ustaya sifariş edənlər də var. Amma o, əl işini satmağı düşünmür.

Müəyyən texnikaların hazırlanmasında maraqlı olan gənc usta, daha çox internetdən yararlandığını deyir.

O, gələcəkdə fərqli görünüşü olan təsərrüfat işləri görə biləcək qurğular hazırlayacağını deyir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top