ABŞ Suriyada güclü radiolektron aqressiyasına məruz qaldığını bəyan edib


ABŞ-ın Suriyadakı rəqibləri quru qoşun bölmələrini dəstəkləyən Amerikanın AC-130 uçan batareyalarına qarşı radioelektron vasitələrdən fəal istifadə edir. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri general Reymond Tomas deyib. General ABŞ-ın Suriyadakı rəqibləri deyəndə bu ölkədə dislokasiya olunmuş Rusiya hərbi qüvvələrini və ya onun tərəfdarlarını nəzərdə tutub. R. Tomas bildirib ki, hazırda ABŞ Suriyada ən aqressiv radiolektron mübarizə mühitindədir: “Onlar hər gün bizim möhkəmliliyimizi yoxlayırlar, kommunikasiyalarımızı boğurlar və AS-130 batareyarımızı sıradan çıxarırlar”. Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığının fəaliyyəti üçün Konqresdən 13,6 milyard dollar istənilib. Bu, Amerika xüsusi təyinatlılarının mövcud olduğu dövr ərzində (1987-ci ildən bəri) ən böyük məbləğdir.

DİGƏR XƏBƏRLƏR

Top