Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş nazir Səlim Müslümovun vaxtında elan etdiyi müsabiqə ləğv olunub. Müsabiqə haqda elan S. Müslümov vəzifədən azad olunmazdan bir gün əvvəl verilib. Müsabiqənin mövzusu “Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi” olub və QHT-lər üçün nəzərdə tutulub. Tədbirin mayın 4-də keçiriləcəyi elan olunub.

Lakin dünən nazirlik həmin müsabiqəni ləğv edib və bu gün rəsmi mətbuatda bu haqda elan yayıb. Tədbirin ləğv olunmasının səbəbləri açıqlanmayıb.Qafqazinfo


DİGƏR XƏBƏRLƏR

Top