“Adımızdan sui-istifadə edirlər” - “Neftçi” bəyanat yaydı

“Neftçi” PFK son vaxtlar kütləvi informasiya vasitələrində klubun transfer siyasəti ilə bağlı yazılan xəbərlərlə bağlı bəyanat yayıb.

Bəyanatda bəzi KİV nümayəndələrinin klubumuzun adından sui-istifadə etdiyi və müxtəlif futbolçuların “Neftçi” ilə anlaşdığı haqda dezinformasiyalar yaydığı vurğulanıb:

““Neftçi” PFK tək transfer deyil, bütün məsələlərdə müvafiq qanunlar çərçivəsində hərəkət edib, futbolçunun və onun məxsus olduğu klubun haqlarını pozmayıb və bundan sonra da prinsiplərini dəyişməyəcək.

Transfer çalışmalarında hər hansı yeniliklə bağlı klubun rəsmi şəxslərindən və mənbələrindən məlumat almağınız tövsiyə olunur”.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top