Bakıda sağlamlıq mərkəzində YANĞIN

Bakıda sağlamlıq mərkəzində yanğın baş verib. FHN-dən verilən məlumata görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 170 kv.m olan sağlamlıq mərkəzinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Mərkəzin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Milli.az

DİGƏR XƏBƏRLƏR

Top