Sürpriz görüş: Gül Davudoğlu ilə görüşüb


Türkiyədə növbədənkənar prezident seçkiləri prosesində adı Səadət Partiyası ilə hallanan ölkənin keçmiş Prezidenti Abdulla Gül sabiq Baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyənin 11-ci Prezidenti A. Gül ötən gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Konyadan seçilmiş millət vəkili Ə. Davudoğlu ilə bir araya gəlib. Məlumata görə, görüş tələbini A. Gül irəli sürüb. Tərəflər A. Gülün mənzilində görüşüblər. Mənbələr hər iki siyasətçinin daha əvvəl görüşdüyünü, vaxtaşırı görüşlər keçirdiyini qeyd edib. Görüşün təfərrüatları barədə məlumat verilmir.

DİGƏR XƏBƏRLƏR

Top