Putin 3 azərbaycanlını Rusiya vətəndaşı etdi

Rusiya Prezidenti Vladimir Putin üç azərbaycanlıya Rusiya vətəndaşlığı verib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, V. Putin bununla bağlı müvafiq fərman imzalayıb. Ümumilikdə fərman 40 əcnəbini əhatə edib.

Belə ki, sənədə əsasən, Əfqanıstan, Moldova, Tacikistan, Özbəkistanın hər birindən 6, Ukraynadan 5, Azərbaycandan 3, Ermənistan və Qazaxıstanın hər birindən 2, Vyetnam, Türkmənistan, Mərakeş və Belarusun hər birindən 1 nəfər Rusiya vətəndaşlığı alıb.

Fərmanda deyilir ki, həmin şəxslər Rusiya vətəndaşı andı içdikləri gündən etibarən vətəndaşlıq alırlar. Yeniyetmələr istisna təşkil edir, belə ki, uşaqlar valideynlərin and içmələri ilə eyni zamanda vətəndaşlığa daxil olurlar.

DİGƏR XƏBƏRLƏR

Top