Cavid Qurbanovla əlaqədar yayılan xəbərlərə RƏSMİ MÜNASİBƏT

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qurbanova sözügedən qurumun sədri Cavid Qurbanovla əlaqədar bəzi KİV-lərdə yer alan xəbərlərlə bağlı təkzib verib. Şöbə rəisinin yaydığı məlumatda deyilir: "Aprel ayının 11-də ölkəmizdə keçirilən prezident seçkiləri Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevin siyasi kursuna inam və etibarını nümayiş etdirdi. Bu seçkilərdə xalq yekdilliklə həmin siyasi kursun yayiqli davamçısı İlham Əliyevə və onun əməli mübarizəsinə səs verdi. Hazırda dövlət strukturlarında qətiyyətli islahatlara starr verən dövlət başçısı əsaslı kadr islahatları aparir ki, bu da cəmiyyətimiz tərəfindən maraq və razılıqla qarşılanır. Çox təəssüf ki, bu addımlara bəzi mətbu orqanlarında yersiz münasibətlər ortaya qoyulur. Adı heç bir dəyişiklikdə nəzərdə tutulmayan kadrların işgüzar imicinə müdaxilələr olur. Hətta bu sırada son günlər bəzi saytlarda "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun da adı hallandırılır. Məlumat üçün bildirim ki, bu şayələr özündə heç bir həqiqəti əks etdirmir. Belə məlumatı yayanlar isə insanlar arasında məqsədli şəkildə çaşqınlıq yaradırlar. Ölkəmizdə söz, mətbuat azadlığı üçün yaradılan şəraitdən sui istifadə etmək heç bir KİV-in adına hörmət gətirməz.
Əvvəla onu qeyd edim ki, Cavid Qurbanov Dövlət başçısının etimadı ilə 2015-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC-nə rəhbər təyin olunub və burada əsaslı islahatlar aparılmasına, iş əmsalının artmasına, bu məsuliyyətli sahənin imicinin möhkəmlənməsinə nail olub.

O ki qaldı Cavid Qurbanovun hansısa başqa vəzifəyə təyin olunmasına, bu ölkə başçısının səlahiyyətinə daxil olan məsələdir və kimlərinsə bu haqda fikir yürütməsi doğru deyil".Milli.az

DİGƏR XƏBƏRLƏR

Top