Rusiyada terror aktı planlaşdıran İŞİD-çi öldürüldü

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Stavropol diyarında terror aktının qarşısını alıb. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, terror aktını İŞİD terror qruplaşmasının tərəfdarı törətmək istəyib. Adı açıqlanmayan terrorçu odlu silahdan və əldəqayırma partlayıcı qurğulardan istifadə etməklə səs-küylü terror aktları törətməyi planlaşdırıb. O, saxlanılma zamanı FTX əməkdaşlarına müqavimət göstərdiyinə görə öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top