Hollandiyanın Baş naziri: “AKP-li nazirləri ölkəmizdə görmək istəmirik”

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan nazirlərin 24 iyun növbədənkənar seçkilərdən əvvəl Hollandiyada təşviqat aparması ictimai asayiş üçün təhdid törədəcək.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Hollandiyanın Baş naziri Mark Rutte deyib.

O, türk siyasətçilərinin kampaniya keçirmək tələbunin arzuolunmaz vəziyyət adlandırıb.

Baş nazir ötən il olduğu kimi bu dəfə də Türkiyə hökuməti üzvlərini Hollandiyada görmək istəmədəklərini vurğulayıb: “Hollandiyadakı türk əsilli seçicilərə təzyiq göstərilməsinin qarşısını almaq istəyirik. Seçki kampaniyası Türkiyənin özündə aparılmalıdır. Xaricdən problem idxal etmək istəmirik”.

Xatırladaq ki, ötən gün Avstriyanın Baş naziri Sebastyan Kurtz da türk siyasətçilərin ölkədə təşviqat aparmaqlarına icazə verilməyəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top