Ermənistanda silsilə terror aktlarının qarşısı alındı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkədə silsilə terror aktlarının qarşısının alındığını bəyan edib.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistanın iki vətəndaşı qurduqları cinayətkar qruplaşmaya başçılıq edərək ictimai əhəmiyyətli bir sıra yerlərdə partlayışlar törətmək istəyiblər.

Onlar 100-150 ədəd əldəqayırma uzaqdan idarə edilən partlayıcı qurğulardan istifadə etməyi planlaşdırıblar.

Bildirilir ki, saxlanılanlar Jirayr Sefilyanla (mühakimə olunmuş müxalifətçi) və “Sasna tsrer” qruplaşması (2016-cı ildə İrəvanda patrol-post xidmətinin binasını tutub) ilə bağlıdırlar.

DİGƏR XƏBƏRLƏR

Top