"ShamkirChess 2018": Bu gün Azərbaycan şahmatçılarından ikisi bir-biri ilə üz-üzə gələcək

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün II turun görüşləri keçiriləcək.

Azərbaycan təmsilçilərindən ikisi bir-biri ilə üz-üzə gələcək. Teymur Rəcəbov ağ fiqurlarla Rauf Məmmədovu sınağa çəkəcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.

Turun proqramı:

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)

Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya)

Teymur Rəcəbov (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan)

Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya)

Radoslav Voytaşek (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan)

Görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, ilk turda bütün qarşılaşmalar heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 0,5 xal var. Report

DİGƏR XƏBƏRLƏR

Top