Türkiyənin Benindəki səfiri vəfat edib

Türkiyənin Benindəki səfiri Turqut Rauf Kural aprelin 18-də ürək çatışmazlığından vəfat edib. “Hürriyet” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Məlumata görə, T.Kuralın atası Andan Kural da diplomat olub. O, 1972-ci ildə Türkiyənin keçmiş SSRİ-dəki səfiri olarkən, ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, Turqut Rauf Kural 1966-cı il avqustun 26-da İtaliyanın paytaxtı Romada anadan olub. Ankara Universiteti Siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr bölməsini bitirib. TRT telekanalında xarici xəbər xidmətində müxbir işləyib. 1994-cü ildə Türkiyənin İraqdakı səfirliyində 3-cü katib olaraq işə başlayıb. Bundan sonra müxtəlf ölkələr və beynəlxalq təşkilatlarda konsul, müşavir vəzifələrində işləyib. 2014-cü ilin noyabrında Türkiyənin Benindəki səfiri təyin edilib.

Xatırladaq ki, Benin Respublikası Afrikanın qərbində yerləşir. Benin və Qvineya körfəzlərinə çıxışı var. Şimalda Burkina Faso və Niger, şərqdə Nigeriya, qərbdə Toqo ilə həmsərhəddir. Paytaxtı Porto-Novodır, ancaq hökumət ölkənin ən böyük şəhəri olan Kotonuda yerləşir.Report

DİGƏR XƏBƏRLƏR

Top