Türkiyədə növbədənkənar seçkilər keçirilə bilər: Bahçeli tarix verdi

Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli prezident və parlament seçkilərinin 2018-ci il avqustun 26-da, bazar günü keçirilməsini təklif edib.

Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, D. Bahçeli bu barədə partiyasının parlamentdəki qrup iclasında deyib. Onun sözlərinə görə, Türkiyə prezident hökumət sisteminə rəsmi olaraq keçməsə də bu sistem davamlı şəkildə mühakimə edilir, qaralanır və zədə verilməyə çalışılır: “Türkiyə bu ağırlığın altında daha qala bilməz, ölkə 2019-cu il noyabrın 3-dək səbrlə dayanması indiki mərhələdə mümkün, məqbul və münasib deyil”.

D. Bahçeli hesab edir ki, prezident hökumətinə sisteminə keçid milli mövcudluq baxımından təcili hal alıb: “Siyasi opponetlərimizə və əziz millətimizə 26 avqust 2018-ci il tarixində, Malazgird zəfərinin ildönümündə prezident və parlament seçkilərinin keçiriməsini təklif edirik”.

DİGƏR XƏBƏRLƏR

Top