PKK-ya 3 qırıcı təyyarə verildi

İŞİD terror qruplaşması Raqqanı tərk edərkən Suriya rejimindən qalan 3 qırıcı təyyarəni PKK/PYD terror təşkilatına buraxıb.

Yeniavaz.com-un “Akşam” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Suriyada PKK-nın əlindən qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan qadın terrorçu deyib.

Onun sözlərinə görə, PKK Raqqada İŞİD-lə toqquşmalardan sonra şəhərdə yerləşən hava bazasını ələ keçirib: “İŞİD-çilər hava bazasında toqquşmadan ayrıldılar və oradakı 3 qırıcı təyyarəni PKK-ya buraxdılar”.

Qare düşərgəsində təlim keçdiyini deyən qadın terrorçu bildirib ki, PKK-nın dəstə başçısı Duran Kalkan oraya gəlib: “Kalkan Kandil ərazisində pilot təlimi keçiriləcəyini söylədi. Hava qüvvələrinin formalaşdırıldığını dedi”.

DİGƏR XƏBƏRLƏR

Top