ABŞ həbsxanasında iğtişaşlar: Ölən və yaralılar var


ABŞ-ın Cənubi Karolina ştatında həbsxanada baş vermiş iğtişaşlar nəticəsində yeddi məhbus həlak olub, on yeddi məhbus yaralanıb. TASS xəbər verir ki, bu barədə cəzaçəkmə müəssisəsinin nümayəndəsi Cef Teylon açıqlama verib. Məlumata görə, insident Bişopvil şəhərinin ciddi rejimli “Lee Correctional Institute” həbsxanasında baş verib. Kütləvi dava bazar günü axşam saatlarında başlayıb. Hüquq mühafizə orqanları əməkdaşları iğtişaşlara yalnız bazar ertəsi səhər saatlarında son qoya bilib. Cəzaçəkmə müəssisəsinin əməkdaşlarından heç kimin xəsarət almadığı deyilir. Qeyd edək ki, iğtişaşların yaşandığı “Lee Correctional Institute” həbsxanasında ağır cinayətlər törətmiş 1500-ə yaxın məhbus cəza çəkir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top