Azərbaycanda professor və dosentlərin sayı artır, yoxsa azalır?

Son 15 il ərzində Azərbaycanın dövlət və özəl ali təhsil müəssisələrində çalışam professor-müəllim heyətinin ümumi sayı artsa da, elmi dərəcəsi olanların sayında azalma qeydə alınıb.

Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2001-ci ildə dövlət və özəl ali təhsil müəssisələrində çalışam professor-müəllim heyətinin ümumi sayı 12 min 484 nəfər olduğu halda 2016-cı ildə bu göstərici 14 min 500 olub. 15 il ərzində professor-müəllim heyətinin sayı 16 nəfər artıb. Lakin eyni dövrdə elmi dərəcəsi olanların sayı 268 nəfər azalaraq 7124 nəfərdən 6856 nəfərə düşüb. Bu dövürdə elmlər doktorlarının sayı 1170 nəfərdən 1162 nəfərə (8 nəfər azalıb), fəlsəfə doktorlarının sayı 5954 nəfərdən 5694 nəfərə (260 nəfər azalıb) enib.

Hesabat dövrü ərzində elmi adı olanların da sayında azalma qeydə alınıb. 15 il ərzində professorların sayı 1402 nəfərdən 1104 nəfərə (298 nəfər azalıb), dosentlərin sayı isə 4416 nəfərdən 3645 nəfərə (771 nəfər azalıb) qədər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top