Suriyaya raket zərbələri neçəyə başa gəldi?

ABŞ, Böyük Britaniya və Fransanın Suriyada keçirdiyi əməliyyatın nə qədər vəsaitə başa gəldiyi müəyyənləşib. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hərbi mütəxəssislərin hesablamalarına əsasən, əməliyyatın maliyyə həcmi təqribən 240 milyon dollar səviyyəsindərir. Mütəxəssislər hesablama apararkən raketlərin dəyərini, təyyarələrin yanacağını və digər bəzi elementləri nəzərə alıblar. ABŞ Suriyadakı hədəfləri Aralıq dənizindəki gəmilərindən atdığı “Tomahawk” raketləri ilə vurub. Bu cür raketlərin hər biri 1 milyon 590 min dollar dəyərindədir.

DİGƏR XƏBƏRLƏR

Top