İxracda qeyri-neft məhsullarının payı artır, yoxsa azalır?

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə ixrac olunan neft, qaz və neft məhsulları ümumi ixracın 89,1%-ni təşklil edib. Yeniavaz.com Dövlət Statistika Komitsəindən açıqlanan məumatlara istinadən bildirir ki, ixrac olunan xam neft ümumi ixracın 80,1%-nə, təbii qaz 5%-nə, neft məhsuları isə 4%-nə bərabər olub. Ötən ilin analoji dövrü ilə müqayisədə neft, qaz və neft məhsulları ümumi ixracdakı payı dəyişməz qalıb. Belə ki, 2017-ci ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə ixrac olunan neft, qaz və neft məhsulları ümumi ixracın 89,5%-nə bərabər olub.

Onu da bildirək ki, əvvəlki illərin analoji dövürlərndə bu göstərici daha az olub. Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin ilk 3 ayında bu göstərici 86,1%, 2015-ci ilin ilk 3 ayında isə 85,8% olub.

DİGƏR XƏBƏRLƏR

Top