ABŞ, Fransa və Böyük Britaniyanın Suriyada əməliyyat başlamasından əvvəl Türkiyəyə məlumat verilib. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ özünün “Twitter” səhifəsində deyib. Onun sözlərinə görə, əməliyyat zamanı Türkiyədəki İncirlik hərbi bazasından istifadə edilməyib. B. Bozdağ qeyd edib ki, Suriya rejiminin kimyəvi hücumundan sonra Suriyaya atılan raketlər bu ölkədəki problemlərin həllinə töhfə verməyəcək: “Suriyada sülh beynəlxalq ictimaiyyətin birlikdə hərəkət etməsi ilə mümkündür”.