İran XİN: Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradığı üçün zərbə endirdi

İranın Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib. Bu barədə "Al-Manar" telekanalı məlumat yayıb. "İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir və onun region üçün verə biləcəyi nəticələri barədə xəbərdarlıq edib", - məlumatda qeyd olunub. İdarənin fikrincə, Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradıqları üçün zərbə endirib.Report

DİGƏR XƏBƏRLƏR

Top