"Telegram" bloka alınır

Moskvanın Taqansk məhkəməsi Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində Federal Nəzarət Xidmətinin (“Roskomnadzor”) qaldırdığı iddianı təmin edərək "Telegram" messencerinin bloka alınmasına dair qərar verib.

Yeniavaz.com-un "Kommersant" qəzetinə istinadən verdiyi məlumata görə, məhkəmə messencerin öz istifadəçilərinin yazışmalarının şifrələrini açmaq üçün açarları Federal Təhlükəsizlik Xidmətinə verməkdən imtina etdiyinə görə bu cür qərar çıxarıb.

Məhkəmə, həmçinin "Roskomnadzor"un ikinci iddiasını təmin edərək qərarın açıqlamasından dərhal sonra "Telegram"ın bloka alınmasına başlamağa göstəriş verib. Messencer şifrələmə açarlarını təqdim etmədiyi müddət ərzində bloklama qüvvədə qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top