İŞİD-in yumurta satan kəşfiyyatçısı və cəlladı tutulub

Türkiyənin Adana şəhər Terrorçuluqla mübarizə idarəsi İŞİD-in kəşfiyyatçı cəlladını tutub.

Yeniavaz.com-un "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, o, martın 30-da Adanada terror təşkilatına qarşı keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Polis müəyyənləşdirib ki, saxlanılan 56 yaşlı Read Hajji Osman Suriyanın Raqqa bölgəsində yumurta sataraq İŞİD üçün kəşfiyyat məlumatarı toplayıb. O, həmçinin İŞİD-in cəlladı kimi edam cəzalarını icra edib. Əməliyyat çərçivəsində ümumilikdə biri qadın omaqla 8 nəfər tutulub.

DİGƏR XƏBƏRLƏR

Top