Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib

"Keşlə" və "Sumqayıt" komandaları arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib. "İnter Arena"da baş tutan görüşdə "Keşlə" klubu 1:0 hesabı ilə qələbə qazanıb. Qarşılaşmada yaganə qolu 90+1-ci dəqiqədə Sezar Meza Kolli vurub. Qeyd edək ki, yarımfinal mərhələsinin digər ilk görüşü "Qəbələ" və "Neftçi" arasında keçiriləcək. Əyalətdə baş tutacaq görüş saat 18:00-da start götürəcək. Yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 18-də olacaq.Report

DİGƏR XƏBƏRLƏR

Top