Almaniyada helikopter binaya çırpıldı: Ölən var

Bavariyanın Hasfurte aerodromunda budesverə aid helikopter dispetçer məntəqəsinin binasına çırpılıb. Hadisə nəticəsində bir nəfər həlak olub. Məlumata görə, orduya məxsus hava nəqliyyat vasitəsi yanacaq doldurmaq məqsədilə aeroporta enib. Yanacaqdoldurma məntəqəsinə çatan zaman helikopterin pəri divara çırpılıb. Nəticədə divardan qopan dağıntı parçası aeroportun 60 yaşlı əməkdaşının üzərinə aşıb. Onun aldığı xəsarətdən xəstəxanada keçindiyi bildirilir. İnsident ilkin hesablamalara görə, bundesverə bir milyon avrodan çox maddi ziyan vurub.

DİGƏR XƏBƏRLƏR

Top