Eşşəklərlə bağlı son məlumat: Daha 3 min eşşək yoxa çıxıb

Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda mövcud olan inək, çamış, qoyun, keçi və donuzların sayı ilə bağlı məlumatları bu ilin fevral ayında açıqlasa da atlar və eşşəklərin sayı ilə bağlı məlumatları açıqlmamamışdı. Ötən ay Yeniavaz.com atlar və eşşəklərin sayının hansı səbəbdən açıqlanmadığı ilə bağlı Statistika Komitəsinə sual ünvanlamışdı. Komitənin verdiyi cavabda bildirilirdi ki, atlar və eşşəklərin sayı ilə bağlı məlumatların yer alacağı bülleten hazırlanma mərhələsindədir.

Qeyd edək ki, Komitə ilin başa çatmasından təxminən 100 gün sonra həmin məlumatları açıqlayıb.

Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən il ərzində Azərbaycanda eşşəklərin sayı 3 min 214 ədəd azalıb. Bu ilin əvvəlinə olan məlumata görə ölkədə 30 min 854 eşşək mövcuddur. Nəticədə Azərbaycanda eşşəklərin sayında qeydə alınan kəskin azalma tempi ötən il ərzində də davam edib. Məlumat üçün bildirək ki, Son 10 il ərzində - 2007-17-ci illərdə Azərbaycanda eşşəklərin sayında 34,6% və ya 16 min 355 ədəd azalma olub. Təkcə ötən il ərzində 9,4% azalma olub.

Onu da bildirək ki, bəzi rayonlar istisna olmaqla əksər rayonlarda eşşəklərin sayında azalma baş verib.

Ən kəskin azalma Yardımlı rayonunda qeydə alınıb. Son 1 ildə Yardımlı rayonunda eşşəklərin sayı 803 baş azalaraq 2290 başa düşüb.

Ən çox artım isə Naxçıvan Muxtar Respublikasına aid olan rayonlarda qeydə alınıb. Muxtar Respublikaya daxil olan bütün rayonlarda eşşəklərin sayı artıb.

2016-cı ildə yalnız Mingəçevir və Gəncə şəhərlərində eşşəklər mövcud olmadığı halda, ötən il eşşəksiz rayon və şəhərlərin sırasına Sumqayıt şəhəri ilə Biləsuvar və Kəlbəcər rayonları da daxil olub.

Paytaxt Bakıda isə eşşəklərin sayı artıb. Bekə ki, 2016-cı ildə 19 eşşək olduğu halda, bu ilin əvvəlində onların sayı 34-ə yüksəlib.

Ötən ilin əvvəlində ən çox eşşəyin olduğu rayon Yardımlı olsa da, yuxarıda qeyd etdiyimiz azalamadan sonra ən çox eşşəyin olduğu rayon Tovuz rayonu olub - 2541 baş.

Ən az eşşəyin olduğu rayon isə Zəngilan rayonu olub - 1 baş.

Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı:

ŞƏHƏR VƏ RAYONLAR

EŞŞƏKLƏRİN SAYI - 2016

EŞŞƏKLƏRİN SAYI - 2017

Bakı şəhəri

19

34

Xızı rayonu

111

99

Abşeron rayonu

41

37

Sumqayıt şəhəri

13

-

Gəncə şəhəri

-

-

Qazax rayonu

2505

1954

Ağstafa rayonu

1819

1786

Tovuz rayonu

2820

2541

Şəmkir rayonu

1943

1881

Gədəbəy rayonu

1084

700

Daşkəsən rayonu

274

332

Samux rayonu

1205

988

Göygöl rayonu

518

413

Goranboy rayonu

761

679

Naftalan şəhəri

4

4

Zaqatala rayonu

9

8

Qax rayonu

44

39

Şəki şəhəri

1382

1164

Oğuz rayonu

403

253

Qəbələ rayonu

226

163

Astara rayonu

555

536

Lənkəran şəhəri

79

63

Lerik rayonu

2073

1728

Yardımlı rayonu

3093

2290

Masallı rayonu

95

51

Cəlilabad rayonu

1596

1031

Qusar rayonu

196

189

Xaçmaz rayonu

688

782

Quba rayonu

1092

1091

Şabran rayonu

384

329

Siyəzən rayonu

381

258

Göyçay rayonu

6

3

Beyləqan rayonu

313

166

Ağcabədi rayonu

254

210

Bərdə rayonu

154

133

Neftçala rayonu

129

101

Biləsuvar rayonu

3

-

Salyan rayonu

297

218

Yevlax şəhəri

38

101

Mingəçevir şəhəri

-

-

Ağdaş rayonu

195

91

Ucar rayonu

25

5

Zərdab rayonu

62

47

Kürdəmir rayonu

446

159

İmişli rayonu

24

20

Saatlı rayonu

11

28

Sabirabad rayonu

1324

1454

Hacıqabul rayonu

283

378

Şirvan şəhəri

1

3

Cəbrayıl rayonu

14

7

Füzuli rayonu

236

283

Ağdam rayonu

365

282

Tərtər rayonu

178

160

Xocavənd rayonu

4

3

Kəlbəcər rayonu

1

-

Laçın rayonu

151

142

Zəngilan rayonu

-

1

Qobustan rayonu

252

300

İsmayıllı rayonu

384

322

Ağsu rayonu

562

265

Şamaxı rayonu

726

360

Naxçıvan şəhəri

84

95

Şərur rayonu

787

804

Babək rayonu

441

466

Ordubad rayonu

491

505

Culfa rayonu

260

269

Kəngərli rayonu

353

411

Şahbuz rayonu

1497

1539

Sədərək rayonu

52

63

DİGƏR XƏBƏRLƏR

Top