Ərdoğandan Lavrova Afrin cavabı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Afrinlə bağlı açıqlamasına cavab verib. Yeniavaz.com-un “Habertürk” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan Rusiya XİN rəhbərinin bu cür yanaşmasının səhv olduğunu qeyd edib. O bildirib: “Biz Afrini kimə verəcəyimizi yaxşı bilirik”. Xatırladaq ki, S. Lavrov Türkiyənin Afrin üzərindəki nəzarəti Suriya rejiminə verməli olduğunu bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top