Qarabağda erməni hərbiçi həlak olub

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atışma nəticəsində erməni hərbi qulluqçu həlak olub.

Bu barədə “armeniansputnik.am” xəbər verib.

İnformasiyaya görə, aprelin 9-da 14:20 radələrində Ermənistanın ordu mövqelərinin cənub istiqamətində yerləşən hərbi hissənin postunda 19 yaşlı hərbi qulluqçu Narek Arutyunyan güllə yarası alıb.

Hərbçinin aldığı güllə yarasından həlak olduğu bildirilir. Hadisənin təfərrüatı barədə məlumat verilmir.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top