“Azərbaycan cəmiyyətinin gözləri açılıb...”

Seçkilərdə bütün namizədlər üçün eyni şərtlər və standartlar yaradılıb. Bura hazırki dövlət başçısı da daxildir. İdeal seçki kampaniyası dünyanın heç bir nöqtəsində yoxdur. Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Ria Novosti”yə müsahibəsində deyib:

“Mən bəzən ironiya ilə qeyd edirəm ki, məhz elə bu, seçkilərin spesifikliyi, onun incə xarakteristikasıdır. Seçki keçirilən istənilən ölkə hər zaman yüksək diqqət obyektinə çevrilir, vəziyyət gərginləşir. Bu, təkrar edirəm, seçkilərin məğzidir. Əminliklə deyə bilərəm ki, bizim yüksək diqqətimiz və narahatlığımıza səbəb olacaq ciddi qanun pozuntusu müşahidə etməmişik....

Seçkilər qanun pozuntusu olmadan keçmir. Bizim milyonlarla seçicimiz, 10 minlərlə müşahidəçi və yüzlərlə jurnalistimiz var. Bütün prosesi ideal reallaşdırmaq mümkün deyil. Dünyanın heç bir ölkəsində bu, mümkün deyil".

“Seçkiqabağı prosesə kənardan müdaxilə” olurmu sualına cavab olaraq MSK sədri bildirib ki, müdaxilə cəhdinin olmadığını demək sadəlövhlük olardı:

“Təəssüflə qeyd edirəm ki, seçkiyə müdaxilə etmək cəhdləri bugünkü dünyanın reallığıdır. Lakin Azərbaycan cəmiyyətinin gözləri açılıb, o, ayaqları üstə möhkəm dayanır. O özü çatışmazlıqları ayırd edə bilir. Razılaşın ki, hər ölkənin öz problemləri var, ideal ölkə yoxdur. Bu planda mən optimistəm. Əgər kiminsə bu tipli arzusu varsa, məsləhət görərdim ki, cəhd etməsinlər, çünki nəticəsiz olacaq”. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top