Pasxadan qayıdan nişanlı oğlan qəfil öldü

Anası onun otağından səs eşidib, otağına daxil olarkən oğlunun can verdiyini görüb.

Qax rayonunda nişanlı gənc gözlənilmədən vəfat edib. Hadisə ötən gecə rayonun Kötüklü kəndində baş verib.

Kənd sakinlərinin sözlərinə görə, Beriqaşvili Mido Arsen oğlu həmkəndliləri ilə pasxa bayramını qeyd etdikdən sonra evə gəlib. Anası onun otağından səs eşidib, otağa daxil olarkən oğlunun can verdiyini görüb.

Qeyd edək ki, 24 yaşlı gənc nişanlı olub.Sputnik Azərbaycan

DİGƏR XƏBƏRLƏR

Top