İlham Əliyev: İslahatlar davam etdiriləcək

2018-ci ildə islahatlar davam etdiriləcək, ölkədə biznes və sahibkarlıq mühiti yaxşılaşdırılacaq, kənd təsərrüfatı və qeyri-neft sektoru daha da inkişaf etdiriləcək.

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin olunması, aqroparkların yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafının əhəmiyyətini vurğulayıb.

Prezident turizmin inkişafı, dəmiryolu infrastrukturunun yenidən qurulması, yeni “ASAN xidmət” mərkəzlərinin açılması, özünüməşğulluq proqramlarının icrası, qazlaşdırma, elektrik stansiyalarının tikilməsi, içməli su ilə təchizat, meliaritet tədbirlərin görülməsi, yeni yolların salınması, xəstəxana və məktəblərin inşası ilə bağlı tapşırıqlarını verib.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top