Kimyəvi silah tətbiq edilən şəhərdən VİDEOGÖRÜNTÜLƏR - FOTOLAR

Aprelin 7-də Bəşər Əsəd qoşunlarının Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silah tətbiqindən sonra yeni videogörüntülər yayılıb.

Videogörüntülərdə kimyəvi hücumun qurbanlarının gözü açıq, burunlarından və ağızlarından gələn donmuş ağ köpüklə əks olunub.

Ölənlərin çoxu körpələr və uşaqlardır.

Uşaqlardan birinin atası qızının cəsədi üstündə ağlayaraq deyir:

“Qızım, bağışla. Bax, sənə nə almışam. Oyan! Üzünü görmək istəyirəm. Şokolad istədiyini de”.

Başqa bir videoda isə bir ata oğlunun cəsədinin yanında “Ruhun şad olsun, Məhəmməd. Sən artıq cənnətdəsən”, - deyə ağlayır.

Kimyəvi hücum nəticəsində 78 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, Əsəd tərəfdarları martın 19-dan Dumada kimyəvi silah tətbiq etməyə başlayıb.

Suriya İnsan Hüquqları Şəbəkəsinin (SNHR) 4 aprel 2018 saylı hesabatında, Bəşər Əsəd rejiminin ötən il 11 dəfə kimyəvi silah istifadə etdiyi bildirilir.

SNHR-nin məlumatına görə, Suriyada müharibənin başlanğıcından bəri Əsəd rejimi 214 dəfə kimyəvi silah istifadə edib. Dumada olan kimyəvi hücum 215-ci olub.

Qeyd edək ki, Duma şəhəri Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir. Oxu.az

video

video

DİGƏR XƏBƏRLƏR

Top