Bankomatların sayı Bakıda 15, regionlarda isə 4 ədəd azalıb

Bu ilin mart ayının əvvəlinə olan məlumata görə Azərbaycan ərazisində quraşdırılan bankomatların ümumi sayı 2 min 444 ədəd olub. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan sonuncu statistik məlumatlara istinadən bildirir ki, bir il əvvəl - 2017-ci ilin əvvəlində ölkədə bankomatların sayı indikindən 0,7% və ya 19 ədəd çox olub.

Mərkəzi Bankdan açıqlanan məlumatından belə görünür ki, bankomatların sayı regionlarla müqayisədə Bakı şəhərində daha çox azalıb. Belə ki, son bir il ərzində bankomatların sayı Bakı şəhərində 15 ədəd, regionlarda isə 4 ədəd azalıb.

Qeyd edək ki, ötən ayın əvvəlinə olan məlumata görə paytaxt Bakıda 1318 ədəd, regionlarda isə 1126 ədəd bankomat mövcud olub.

Onu da bildirək ki, son bir ay ərzində Bakıda bankomatların sayı 4 ədəd, regionlarda isə 1 ədəd artıb.

DİGƏR XƏBƏRLƏR

Top