Azərbaycanda xiyar kollarının arasında narkotik əkən şəxs tutulub

Yevlax sakini xiyar yetişdirdiyi istixanada narkotik də becərirmiş.

Yeniavaz.com xəbər verir ki, rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Qarxun kənd sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman istixanada kultivasiya yolu ilə yetişidirilmiş 215 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Müstəntiq Elçin Sevindikovun bildirdiyinə görə saxlanılan şəxs əməlini etiraf edərək aşakarlanan narkotik vasitəni öz istifadəsi üçün becərdiyini bildirib.

O, diqqət çəkməmək üçün xiyar şitilləri ilə birgə çətənəni də istixanada yetişdirdiyini deyib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top