Bakıda avtomobil tamamilə yandı

Bakı şəhərinin Səbail rayonunda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verir ki, “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı yaxınlıqda dayanmış minik avtomobilinin arxa buferi yüksək temperaturdan əriyib. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Oxşar hadisə Sabunçu rayonunda da baş verib. "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb.Lent.az

DİGƏR XƏBƏRLƏR

Top