ÇL: "Roma" - "Barselona" və "Mançester Siti"- "Liverpul" matçlarının hakimləri açıqlanıb

Futbol üzrə Çempionlar Liqasının ¼ final mərhələsində "Roma" – "Barselona" və "Mançester Siti"- "Liverpul" komandaları arasında keçiriləcək cavab qarşılaşmalarını idarə edəcək hakimlərin adları açıqlanıb. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. "Roma" – "Barselona" matçını Kleman Türpenin rəhbərliyi ilə Fransadan olan hakimlər briqadası idarə edəcək. Onun köməkçiləri Nikolya Dano və Siril Qrinqor olacaq. Matçın dördüncü hakimi Hişam Zakrani, əlavə köməkçi hakimləri isə Rüddi Büke və Nikolya Renvidir. "Mançester Siti" və "Liverpul" oyunu Antonio Mateu Laosun başçılığı ilə ispaniyalı hakimlər briqadasına həvalə olunub. Ona matç boyu Pau Sebrian Devis və Roberto del Palomar köməklik göstərəcək. Dördüncü hakim qismində isə Teodoro Sobrino təyin olunub. Hakimin əlavə köməkçiləri Karlos del Serro və Alexandro Ernandes olacaq. Hər iki ¼ final görüşü aprelin 10-da keçiriləcək.Report

DİGƏR XƏBƏRLƏR

Top