Skripal ABŞ-da gizlənə bilər


Serqey Skripal və qızı Yuliyaya ABŞ-a köçmək təklif olunacaq. Lenta.ru xəbər verir ki, bu barədə “Sunday Times” qəzeti yazır. Qəzetin məlumatına görə, Mİ-6 məxfi xidməti Mərkəzi Kəşfiyyat İdarəsi ilə Skripalın yeni adla göndərilməsini müzakirə edib. Onun göndəriləcəyi ölkələr arasında Kanada, Avstraliya və Yeni Zellandiya ilə yanaşı, ABŞ-da qeyd olunub. Həmçinin mənbə qeyd edib ki, zərərçəkmişlər artıq ifadə vermək imkanındadırlar. Qəzetin məlumatına görə, Yuliya Rusiya tərəfindən dəstəkdən imtina edib. Bu da onun birdəfəlik Qərbə köçməsinə işarədir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top