Saakaşvili özünə iş tapdı

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin Sabiq qubernatoru Mixeil Saakaşvili Niderland Spikerlər Akademiyasında mühazirəçi işləyəcək.

Yeniavaz.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə M. Saakaşvili özünün "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Akademiya ilə əməkdaşlıq barədə razılıq əldə edib: "Hələ ki Avropadayam. Mühazirə deməklə pul qazanacam. Ümid edirəm ki, uzun müddət mühazirə deməyəcəyəm. Təcrübəmi oliqarxları hakimiyyətdən uzaqlaşdırmağa sərf edəcəm".

DİGƏR XƏBƏRLƏR

Top