ABŞ hərbçiləri Meksika sərhədinə doğru irəliləyir

ABŞ Milli Qvardiyasının hərbçilərdən ibarət ilk bölməsi Meksika ilə sərhədə yollanır.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis və daxili işlər naziri Kirsten Nilsenin birgə bəyanatında deyilir.

Bildirilir ki, Milli Qvardiya qoşunları ABŞ-ın cənub-şərq sərhədləri boyunca təhlükəsizliyin təmin edilməsi üzrə missiyanı dəstəkləmək üçün yola düşür. Milli Qvardiya təhlükəsizlik sahəsində yaranmış boşluqları aradan qaldıracaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, sərhədin mühafisəzi üçün Milli Qvardiyanın 2-4 min hərbçisini göndərmək istəyir.

DİGƏR XƏBƏRLƏR

Top