Bakıda şirkət işçisi özünü 11-ci mərtəbədən atdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.Xətai rayonu Xudu Məmmədov küçəsi 33A ünvanındakı çoxmərtəbəli binada yaşayan 1983-cü il təvəllüdlü Anar Cəbrayıllı özünü 11-ci mərtəbədə yerləşən evinin eyvanından atıb. O, hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra məlum olub ki, A.Cəbrayıllı ailəlidir və Bakıda fəaliyyət göstərən dərman satışı şirkətlərindən birində işləyir.

O bir neçə dəfə nevroloji problemləri ilə bağlı müalicə olunubmuş. Bu ayın 12-də Anarın 35 yaşı tamam olacaqmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.lent.az

DİGƏR XƏBƏRLƏR

Top