Zaqatalada hündürlüyü 15 metr olan cökə ağacını məhv edirlər - FOTO

Zaqatalada köhnə bazar ərazisində hündürlüyü 15 metr olan cökə ağacını məhv edirlər. Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, ərazidə tikinti aparan şirkət ağacın kökünü betonlayıb: "Şirkət istəyir ki, kökü betonlanan ağac qısa müddət sonra qurusun və ağacın qurumasını əsas gətirərək onu kəssinlər. Aidiyyəti qurumlara dəfələrlə məlumat vermişik. Lakin təəssüf ki, şikayətimizə baxan yoxdur" deyə sakinlər bildirib. Zaqatalanews

DİGƏR XƏBƏRLƏR

Top