Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanda dünən Tkibuli bölgəsində kömür mədənində insan tələfatı ilə nəticələnmiş faciə ilə bağlı matəm günüdür. Gecə saatlarından etibarən Gürcüstanın hökumət administrasiyası, parlamentin Tbilisi və Kutaisidəki binaları, nazirliklər və digər qurumlarda dövlət bayraqları endirilib. Qeyd edək ki, Mindeli kömür mədənində ötən gün baş vermiş uçqun zamanı 6 mədənçi ölüb, 3-ü isə ağır xəsarətlər alıb.APA

DİGƏR XƏBƏRLƏR

Top