Məktəblərdə yeni fənn tədris olunacaq?

Təhsil Nazirliyi orta məktəblərdə yeni fənnin tədrisinin nəzərdə tutulması ilə bağlı məlumatlara aydınlıq gətirib. Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə “Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)” adlı vəsait hazırlayıb:

"Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə vəsaitin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər".

Fənnin 8-ci sinifdə tədris ediləcəyi planlaşdırılır.

Xatırladaq ki, Türkiyənin Milli Təhsil Nazirliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası gələn ildən orta məktəblərdə könüllülük əsasında ortaq türk tarixinin tədris ediləcəyini bildirib.trend

DİGƏR XƏBƏRLƏR

Top