Azərbaycan-İran birgə avtomobillərinin QİYMƏTLƏRİ açıqlandı

Neftçala sənaye zonasında yerləşən "Xəzər" Azərbaycan-İran birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin qiyməti 14-16 min arasında olacaq.

Bunu zavodun müştərək sahiblərindən olan "AzerMash" şirkətinin nümyəndəsi Emin Axundov deyib.

Onun szölərinə qədər isə zavodda daha bahalı avtomobillərin də istehaslı planlaşdırlıb. EəAxundov qeyd edib ki, bu avtomobil modellərinin qiyməti isə 18-20 min manat arasında dəyişəcək.

Qeyd edək ki, zavodda "Khazar" markalı avtomobillər, gələcəkdə isə "Renault" və "Peugeot"un bir sira modelləri istehsal ediləcək.

Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir. Trend

DİGƏR XƏBƏRLƏR

Top