Turizm şirkətlərinin "birgünlük tur" müəmması

Ötən ilin ilk yarısında səyahət agentlikləri və turoperatorlar tərəfindən ölkə ərazisində səyahətə göndərilən birgünlük ziyarətçilərin sayı cəmi 1238 nəfər olub. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ilin ilk 6 ayı ərzində səyahət agentlikləri və turoperatorlar tərəfindən göndərilən birgünlük ziyarətçilərin 50-si Xəzər rayonuna, 24-ü Quba rayonuna, 42-si Qax rayonuna, 34-ü Şəki şəhərinə, 54-ü Qəbələ rayomina, 1034-ü isə İsmayıllı rayonuna səfər ediblər. Cənub bölgəsinin turizm rayonlarına (Lənkəran, Masallı, Lerik), həmçinin Şamaxı, Ağsu, Qusar, Şabran, Xaçmaz, Gəncə kimi rayonlara turist göndərilməyib. Ümumiyyətlə, ölkənin 66 rayon və şəhərlərindən cəmi 5 rayon və şəhərə birgünlük səfərlər təşkil edilib.

Lakin açıqlanan rəsmi məlumatın əksinə olaraq hər gün müxtəli KİV-də və sosial şəbəkələrdə səyahət agentlikləri və turoperatorların Azərbaycanın turizm bölgələrinə birgünlük səyahətlər təşkil etdikləri ilə bağlı yüzlərlə müxtəlf reklam məlumatlarına rast gəlmək mümkündür. Səyahət agentlikləri və turoperatorların rəsmi veb-səhifələrinə daxil olduğumuz zaman birgünlük səyahətlərin elanlarını görmək mümkündür. Marqlıdır ki, səyahət agentlikləri və turoperatorlar tərəfindən bu qədər birgünlük səyahət elanlarının veriləməsinə baxmayaraq, rəsmi statistikada bu əks olunmur.

Məsələ ilə bağlı Dövlət Statistika Komitəsinin Xidmət statistikası şöbəsindən yeniavaz.com-a bildirdilər ki, rəsmi statistikada yer alan məlumarlar səyahət agentlikləri və turoperatorlar tərəfindən onlara verilən hesabatlar əsasında tərtib olunur.

DİGƏR XƏBƏRLƏR

Top