Banklar 8 yeni şöbə açıblar, amma işçilərin sayı 331 nəfər azalıb

Bu ilin mart ayının əvvəlinə olan məlumaqta görə bank sektorunda işləyənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% və ya 331 nəfər azalıb. Yeniavaz.com Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, mart ayının əvvəlinə olan məlumata görə Azərbaycanın bank sektorunda 16 min 331 nəfər çalışıb.

Halbuki ötən ilin mart ayının əvvəlində bank sektorunda işləyən işçlərin sayı 16 min 662 nəfər olub.

Onu da bildirək ki, son bir ildə bank işçilərinin sayı azalsa da, bankların şöbələrinin sayı 135-dən 143-yə yüksəlib.

Lakin bank filallarının saynda azalma olub. Bir il əvvəl ölkədə 563 bank filalı olduğu halda bu ilin əvvəlində bu göstərici 511-a düşüb.

Banklara məxsus ATM-lərin sayı isə son bir ildə 18 ədəd azalaraq 2462-dən 2444-ə qədər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top